sterilizə avadanlığı

ру оборудование стерилизации en sterilization equipment de Sterilisierapparat fr équipement de stérilisation es aparato de esterilización it apparato di sterilizzazione
sterilizator
Stirlinq mühərriki
OBASTAN VİKİ
Şəbəkə avadanlığı
Şəbəkə avadanlığı kompüter şəbəkəsindəki cihazlar arasında rabitə və qarşılıqlı əlaqə üçün tələb olunan elektron cihazlar. Xüsusilə, onlar kompüter şəbəkəsində məlumat ötürülməsinə vasitəçilik edirlər. Məlumatı qəbul edən və ya yaradan bölmələrə hostlar, son sistemlər və ya məlumat terminalı avadanlığı deyilir.
Telekommunikasiya avadanlığı
Telekommunikasiya avadanlığı, həmçinin telekommunikasiya qurğuları — telekommunikasiya məqsədləri üçün istifadə olunan avadanlıq növü. 1990-cı illərdən bəri telekommunikasiya avadanlığı və IT avadanlıqları arasındakı sərhəd internetin böyüməsi və onun telekommunikasiya verilənlərinin ötürülməsində artan rolu nəticəsində bulanıqlaşmışdır. Telekommunikasiya Vasitələrinin və Qurğularının (TVQ) sertifikatlaşdırılmasının əsas məqsədi, respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının qurulması və saxlanmasıdır. Bu, TVQ-nin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsinin təmin edilməsi üçün mümkündür. Telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 175 saylı 21 avqust 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının (AZ 031.01)" tələblərinin yerinə yetirilməsini təmin edir. "Telekommunikasiya qaydalarına" əsasən TVQ-lərin sertifikatlaşdırılması mərkəzi olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (hazırki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən) TVQ-lərin sertifikatlaşdırılması işləri üzrə bəzi funksiyaların "AzInTelecom" MMC-yə ötürülməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin № 0010 saylı 13 fevral 2017-ci il tarixli Əmri ilə təsdiq edilib. TVQ-lərin sertifikatlaşdırılması prosesini "AzInTelecom" MMC-nin Əməliyyatlar departamentinin Sertifikatlaşdırma şöbəsi yerinə yetirir. Bu şöbədə Sınaq laboratoriyası bölməsi və İstismara nəzarət və sertifikatların hazırlanması bölməsi daxildir. Sertifikatların verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir. TVQ-lərin sertifikatlaşdırılmasına TVQ-lərin uyğunluq sınaqlarının aparılması, uyğunluğun qiymətləndirilməsi və nəticələrinin sənədləşdirilməsi daxildir.
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951–1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi. Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki, istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki, buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi.
Məlumat terminal avadanlığı
Məlumat terminal avadanlığı və ya Data terminal avadanlığı (DTE) — istifadəçi məlumatlarını siqnallara çevirən və ya qəbul edilmiş siqnalları yenidən çevirən son cihazdır. Bunları növbə dövrələri də adlandırmaq olar. DTE cihazı məlumat dövrəsini dayandıran avadanlıqla (DCE) əlaqə yaradır. DTE, məlumat mənbəyi və ya məlumat anbarı kimi xidmət edən və məlumat kommunikasiyasına nəzarət funksiyasını keçid protokoluna müvafiq olaraq yerinə yetirməyə imkan verən məlumat stansiyasının funksional bölməsidir. Adətən, DTE cihazı terminaldır, DCE isə modem və ya operatora məxsus digər cihazdır. Məlumat terminalı avadanlığı istifadəçilərin əlaqə yaratmasına imkan verən bütün zəruri funksiyaları yerinə yetirən tək bir avadanlıq parçası və ya çoxsaylı avadanlıqların bir-birinə bağlı olan alt sistemi ola bilər. İstifadəçi DTE ilə əlaqə yarada bilər və ya DTE özü istifadəçi ola bilər.
Verilənlərin ötürülməsi avadanlığı
Verilənlərin ötürülməsi avadanlığı (en. Data Communications Equipment / Data Circuit-terminating Equipment), (ru. аппаратура передачи данных), (tr. veri iletişim donatımı) – RS-232-C ardıcıl birləşməsi vasitəsilə qoşulan iki növ aparat təminatından biri; ikinci növ isə terminal avadanlıq və ya DTE’dir. DCE daxil olmuş informasiyanı DTE’dən qəbul edir və, adətən, giriş siqnalını əsil adresata verməmişdən öncə müəyyən şəkildə çevirməklə aralıq qurğu kimi fəaliyyət göstərir. Məsələn, xarici modem DCE qurğusudur; o verilənləri kompüterdən (DTE) qəbul edir, onları modulyasiya edir, sonra isə bu verilənləri telefon xətti ilə ötürür. Rabitə sistemlərində DCE qurğusu olan RS-232-C, verilənləri 2-ci xətlə qəbul edir, 3-cü xətlə göndərir, DTE qurğusu isə verilənləri 3-cü xətlə qəbul edir, 2-ci xətlə göndərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.